Tramp Tehrana yeni zərbələrin görüntülərini paylaşdı

TAB1FwBGpBHIy0Td0BIFr4s9ujP7mpfAQ76P1cti_1200

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında Tehrana endirilən yeni zərbələrin videosunu paylaşıb və İranın hərbi rəhbərliyinin məhv edildiyini iddia edib.

24Xeber.az  xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında yazıb.

“Bu genişmiqyaslı hücum nəticəsində Tehranda ölkəni pis və ağılsız şəkildə idarə edən bir çox iranlı hərbi lider məhv edilib”, – deyə D.Tramp bildirib.

Tramp Tehrana yeni zərbələrin görüntülərini paylaşdı - VİDEO

Qeyd edək ki, bundan əvvəl ABŞ lideri İrana Yaxın Şərqdəki münaqişənin tənzimlənməsi ilə bağlı şərtləri qəbul etməsi üçün 48 saat vaxt verdiyini, əks halda Vaşinqtonun Tehrana qarşı sərt addımlar atacağını bəyan etmişdi.