itkin düşən qadının anası: “Tapşırdılar ki, itməyini heç kim bilməsin”
Ağdaşda 28 yaşlı rayon sakini Söygülü Yusibova fevralın 6-da evdən çıxıb və geri qayıtmayıb.
Yaxınları onu axtarmağa başlasalar da, axtarışlar heç bir nəticə verməyib.
“Qayınatası ilə baldızı gəldi ki, qızın yoxdur, sizə gəlməyib? Sonra da tapşırdılar ki, itməyini heç kim bilməsin. Qızımın nə ölüsü, nə də dirisi var”, – deyə itkin düşən qadının anası Zemfira Kərimova Baku TV-yə açıqlamasında bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Ağdaş rayon sakini, 28 yaşlı Söygülü Yusibovanın itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub. O, axtarışa elan edilib. Həmin şəxsin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. S.Yusibovanın yaxınlarının səsləndirdiyi digər iddialarla bağlı isə araşdırmalar aparılır.
Qeyd edək ki, Söygülü Yusibova 2015-ci ildən Ağdaş rayon sakini Ruslan Yusibovla ailəlidir və onların bu evlilikdən iki qız övladı var. Hazırda Söygülü Yusibovanın axtarışları davam etdirilir.