Qardaşı tərəfindən bıçaqlandığı iddia olunan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Sumqayıtda qardaşı tərəfindən bıçaqlandığı iddia olunan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aprelin 3-ü saat 23:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1990-cı il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub:
“Sol saidin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.