Burkina-Faso lideri ölkə vətəndaşlarını demokratiyanı unutmağa çağırıb

BiIg2YNcP8tVOlsbkMXL0IK6E4p8juB1emuDgEMU_1200

“Burkina-Faso vətəndaşları demokratiyanı unutmalıdırlar”.

24Xeber.az  BBC-yə istinadən xəbər verir ki, bu barədə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn ölkə rəhbəri İbrahim Traore bildirib.

Traore demokratiyanı dövlətin mövcudluğu üçün təhlükə adlandırıb. O, nümunə kimi avtoritar lider Müəmmar Qəddafinin devrilməsindən sonra silahlı qarşıdurmaların artdığı Liviya təcrübəsini göstərib:

“Onların (Qərb dövlətlərinin) dünyada harada demokratiya qurmaq cəhdləri olubsa, bu, həmişə qan tökülməsi ilə müşayiət olunub”.

Traorenin fikrincə, Burkina-Faso vətəndaşlarının əksəriyyəti demokratiya istəmir:

“Bizim öz yanaşmamız var. Biz heç kimi təqlid etməyə çalışmırıq. Yeni sistem suverenlik, vətənpərvərlik və “inqilabi səfərbərlik” prinsipləri üzərində qurulmalıdır”.