Firuzə Cəlilovaya MDU -da vəzifə verildi

pZLdGForHgFWCqn8sHZt5YIrB4OJ6lEx8HE758KF_1200

Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı həyata keçiril

24Xeber.az  xəbər verir ki, rektor Anar Eminovun əmri ilə Firuzə Cəlilova universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinə müdir – mətbuat katibi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Cəlilova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb, həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunun Məktəbəqədər təhsil fakültəsində pedaqoq-psixoloq ixtisası üzrə təhsilini başa vurub.

Xatırladaq ki, “Space” TV, “Lider” TV, “Xəzər” TV və Baku TV kimi aparıcı media qurumlarında müəllif-aparıcı və layihə rəhbəri kimi fəaliyyət göstərib.