Martda zəhərlənənlərin və toksik səbəbdən ölənlərin SAYINI AÇIQLANDI

ebtFQC9aHSvVt7SrAZqsMV0yCaX5yCzLKH0l6F0L_1200

Azərbaycanda mart ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbindən hospitalizasiya olunub.

Bu barədə 24Xeber.az -a KTM-dən məlumat verilib.

Qeyd olunub ki, 88 pasiyentin durumu stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərdən 42 nəfəri dərman preparatlarından, 3-ü siçan dərmanından (rodentisid), 24-ü sirkə turşusundan, 3-ü yandırıcı məhlullardan, 4-ü allergik reaksiyalardan, 2-si spirtli içkidən, 5-i dəm qazından, 5-i anafilaktik şokdan, 3-ü isə fosfor üzvi birləşmədən zəhərlənmə diaqnozu ilə müalicəyə cəlb edilib.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik hal göstərilib.