“Qalatasaray” Uğurcan Çakırın transfer qiymətini açıqladı

mfr3ZtseCkdpzpdiZjRZH1mKvDTJtmDpOvgwvsUo_1200

“Qalatasaray”ın qolkiperi Uğurcan Çakır son zamanlar sərgilədiyi əla oyunla hazırkı transfer bazarının ən çox müzakirə olunan simalarından birinə çevrilib.

24Xeber.az xəbər verir ki, 29 yaşlı qolkiperlə təkcə Türkiyə deyil, eyni zamanda, müxtəlif Avropa klubları da yaxından maraqlanmağa başlayıb.

Artan maraq fonunda “Qalatasaray” rəhbərliyi öz futbolçusunun dəyərini müəyyənləşdirib və onun mümkün keçidi üçün qarşı tərəfdən minimum 40 milyon avro təzminat tələb edir.

Xatırladaq ki, İstanbul təmsilçisi qapıçını ötən yay “Trabzonspor”dan 30.5 milyon avro müqabilində heyətinə qatmışdı.