Goranboyda yük maşını ilə minik avtomobili toqqusdu
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
24Xeber.az -ın əldə etdiyi məlumata görə, rayon ərazisində yük maşını ilə minik avtomobili toqquşub.
Nəticədə iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Goranboy Rayon Mərkəzi Xəstəxanasından 24Xeber.az -a verilən məlumata görə, hadisə 1 aprel 2026-cı il tarixində saat 12:15-də qeydə alınıb.
Açıqlamada qeyd olunub ki, qəza nəticəsində 1979-cu il təvəllüdlü kişi xəsarət alaraq hospitalizasiya olunub:
“Ona dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyent ambulator müalicə üçün evə buraxılıb”.