İsmayıllıda iki nəfərin öldüyü DƏHŞƏTLİ QƏZANIN TƏFƏRRÜATI

u3XxSTZDeSuX3vjXkDnPAP5dD8zYmpwekw90c75S_1200

İsmayıllı rayonunda baş verən ölümlə nəticələnən ağır avtomobil qəzası ilə bağlı təfərrüat məlum olub.24Xeber.az -ın əldə etdiyi məlumata görə, qəzaya düşən ailə Bakıdan Qəbələ rayonuna gedirmiş.

24Xeber.az xeber verir ki,VAZ-21015 markalı avtomobilin sürücüsü Nicat Əsgərov bir neçə ay əvvəl ailəsindən ayrılıb və həmkəndlisi Lamiyə Qurbanova ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayırmış. Əslən Qəbələ rayonundan olsalar da, onlar Bakı şəhərində yaşayırmışlar. Bu gün gecə saatlarında Nicat, ilk evliliyindən olan üç azyaşlı övladı, Lamiyə Qurbanova və onun qardaşı Rahil Qurbanovla Bakıdan çıxıb rayona, valideynlərinin evinə qonaq gedirmiş. Səhər saat 5 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində Nicat Əsgərovun idarə etdiyi VAZ-2115 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə maşında olan sərnişinlər 19 yaşlı Lamiyə Qurbanova və Nicat Əsgərovun 3 yaşlı qızı hadisə yerində dünyasını dəyişiblər.

N.Əsgərov, iki azyaşlı övladı və R.Qurbanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.