Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq öldü

AX2Nso6FxfhVfwJYlZfRJj3At6J8mAcTViV6RBYH_1200

Qazax rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

24Xeber.az APA-ya istinadla xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü A.Quliyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.