Fövqəladə vəziyyət rejimi tətbiq olundu

d4LyNqLt2w2pY0keqz7AKua1magbb39wbrt0i96b_1200

Çeçenistan ərazisində əhalinin qorunması məqsədilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

24Xeber.az “Çeçnya Seqodnya” agentliyinə istinadən xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov bu barədə müvafiq sərəncam imzalayıb.

Fövqəladə rejimin tətbiqinə səbəb güclü yağışlar, dağlarda leysanlar, yağış və sulu qar şəklində yağıntılar, çaylarda suyun səviyyəsinin təhlükəli həddə qədər yüksəlməsi və kiçikhəcmli sellərin baş verməsidir.