Keçmiş baş məşqçiyə demensiya diaqnozu qoyulub
Həkimlər məşhur uelsli futbolçu və məşqçi Con Toşaka demensiya diaqnozu qoyublar.
24Xeber.az bildirir ki, bu barədə “Daily Mail” nəşrinə 77 yaşlı C.Toşakın oğlu Kemeron məlumat verib.
“Bu, dəhşətli xəstəlikdir. O, özünü qısamüddətli yaddaşda büruzə verir – mən onunla demək olar ki, hər gün danışıram və əgər biz günortadan sonra ünsiyyət qururuqsa, o, səhər danışdığımızı xatırlamaya bilər. Lakin ondan “Liverpul”, “Real Sosyedad” və ya “Real Madrid”dəki dövrləri haqqında soruşduqda, detallar insanı heyrətə gətirir”, – deyə K.Toşak bildirib.
Qeyd edəj ki, C.Toşak iki dəfə Uels millisinə (1994, 2004-2010) və “Real Madrid”ə (1989-1990, 1999) rəhbərlik edib, Lissabonun “Sportinq”, “Real Sosyedad”, “Deportivo”, “Beşiktaş” klublarını və Makedoniya millisini çalışdırıb.
