Biləsuvarda qəzada xəsarət alan şəxslərin VƏZİYYƏTİ AÇIQLANIB
Biləsuvarda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə 24Xeber.az -a Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə dörd nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub:
“Müxtəlif bədən xəsatətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan iki nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir”, – məlumatda deyilir.
Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
24Xeber.az “Report”a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb, onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.