Beyləqanda 65 yaşlı kişi faciəli şəkildə öldü

PI5NDCRv7A5PIYm5gKxEyi0Ig4dgVUcwJ053sPf6_1200

Beyləqan rayonunda elektrik cərəyanının vurması nəticəsində 65 yaşlı kişi ölüb.

24Xeber.az -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Xaçınabad kəndi ərazində qeydə alınıb.

Belə ki, elektrik xəttində təmir işi görən 1961-ci il təvəllüdlü kənd sakini İsmayıl İsmayılovu cərəyan vurub. O, hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.