İran səfirini arzuolunmaz şəxs elan etdi

LA2BEqw1Li8jD4wsuZic0CJ2TOzc0Q7lcX7rz1Gw_1200

Livan Xarici İşlər Nazirliyi (XİN) İran səfiri Məhəmməd Rza Şeybanini arzuolunmaz şəxs elan edib.

24Xeber.az  xəbər verir ki, bu barədə Livan XİN-in yaydığı bəyanatda bildirilib.

“Livan dövləti İran səfiri Məhəmməd Rza Şeybaninin namizədliyini təsdiqləməyi geri götürür və onu arzuolunmaz şəxs elan edir”, – deyə bəyanatda qeyd olunub.

Məlumata görə, iranlı diplomat Beyrutdan martın 29-dan gec olmayaraq ayrılmalıdır.