Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? – AFİŞA

iKm0jyDsFmOIM0zo7yC0TZKbOUafqzbzcwFJQoB0_1200

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.

24Xeber.az xəbər verir ki, martın 23-dən martın 29-dək paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:

Martın 26-da saat 19:00-da gürcü nasir Qoderzi Çoxelinin “Küknarlara məktub” hekayəsi əsasında hazırlanmış tamaşa göstəriləcək.

Tamaşanın quruluşçu rejissoru Nigar Güləhmədovadır.

Biletlərin qiyməti 10-12 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA - FOTO

Martın 27-də saat 19:00-da İtaliyanın məşhur komedioqrafı, dramaturqu, ssenaristi, rejissoru, aktyoru Eduardo de Filipponun “Filumena Marturano” tamaşası oynanılacaq.

Biletlərin qiyməti 8-15 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA - FOTO

Martın 28-də saat 19:00-da Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 8-15 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA - FOTO

Martın 29-da saat 19:00-da A.Saqarelinin “Xanuma” tamaşası olacaq.

Biletlərin qiyməti 8-15 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA - FOTO

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında (GTT):

Martın 28-də saat 12:00-da Şarl Perronun nağılı əsasında hazırlanmış “Büllur başmaq” tamaşası nümayiş etdiriləcək.

Nağıl-tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.

Biletlərin qiyməti 8-12 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA - FOTO

Martın 28-də saat 19:00-da Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” tamaşası oynanılacaq.

Quruluşçu rejissor: Ayla Osmanova

Biletlərin qiyməti 10 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA - FOTO

Martın 29-da saat 19:00-da Mehriban Ələkbərzadənin “Kod adı: VXA” tarixi-sənədli dram əsəri təqdim ediləcək.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

Biletlərin qiyməti 10-15 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA - FOTO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:

Martın 24-də, saat 19:00-da Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Biletlərin qiyməti: 8-15 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA - FOTO

Martın 26-da, saat 19:00-da “Arşın mal alan” ikihissəli operettası.

Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyevdir.

Biletlərin qiyməti: 8-15 manat

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA - FOTO

Martın 28-də saat 19:00-da dünyaşöhrətli musiqiçi Elvis Preslinin ölməz əsərləri əsasında “Sən kralsan” tamaşası oynanılacaq.

Müzikl janrında olan tamaşanın libretto müəllifi və quruluşçu rejissoru Ələkbər Tağızadədir.

Biletlərin qiyməti: 10-25 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA - FOTO

Martın 29-da saat 19:00-da Elçinin “Baladadaşın toy hamamı” tamaşası oynanılacaq.

Lirik komediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Biletlərin qiyməti: 8-15 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA - FOTO

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):

Martın 28-də saat 19:00-da Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” adlı pyesi əsasında “Toy dəsgahı” tamaşası oynanılacaq.

Biletlərin qiyməti 5-15 manatdır.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA - FOTO

Martın 29-da saat 19:00-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan “Mənəm, mən…” mistik-psixoloji dramı oynanılacaq.

Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

Biletlərin qiyməti: 5-15 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA - FOTO

Heydər Əliyev Sarayı:

Martın 27-də saat 20:00-da “Anna Karenina” tamaşası göstəriləcək.

Tamaşanın quruluşçu rejissoru Gjorgji Rizeskidir.

Biletlərin qiyməti: 15-200 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA - FOTO

Martın 27-də saat 20:00-da “Tynda Music”in “Köhnə kinonun mehriban mahnıları” konserti.

Biletlərin qiyməti: 30-300 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA - FOTO