Yaxın Şərqdə yeni radikal qruplaşma
24Xeber.az xeber verir ki, Baku TV-nin “Hərbi xronika” rubrikasının budəfəki buraxılışında Yaxın Şərqdəki geosiyasi dəyişikliklər, yeni radikal qruplaşmalar və regional təhlükəsizlik məsələləri diqqətə çatdırılıb.
Bildirilib ki, ABŞ-İsrail-İran qarşıdurmasının intensivləşdiyi bir vaxtda Suriyanın şərqində və İraq sərhədləri boyunca yeni bir təhlükəli silahlı qruplaşma meydana çıxıb. Bu qruplaşma özünü “Əcnad Beyt əl-Məqdis” adlandırır və ilk silahlı əməliyyatını Suriyanın şimal-şərqindəki Əş-Şəddadi hərbi bazasına qarşı həyata keçirib. Qruplaşma “Cund əl-Əqsa” adlı hərbi bölmənin əməliyyat məsuliyyətini üzərinə götürdüyünü açıqlayıb.