Macarıstandakı səfirliy bayram günləri konsulluq dəstəyi göstərəcək

NUEosbWLXasjYkbnEE4kprRh52Y6VokxK1xsXApu_1200

Azərbaycanın Macarıstandakı səfirliyi 2026-cı ilin 20-30 mart tarixlərinin qeyri-iş günləri olması ilə əlaqədar olaraq təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək.

24Xeber.az xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin “X”dəki hesabında məlumat yayılıb.

“Həmin günlərdə təxirəsalınmaz konsulluq dəstəyinin göstərilməsinə ehtiyacı olan vətəndaşlarımız +994 70 851 71 00 “WhatsApp” nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər”,- məlumatda qeyd olunub.