ABŞ-də şəhər meri sakinlər qarşısında çıxış edərkən ölüb

FL6maOrch7QBAcRvw6QZrup1SKMGTCg9mrh5Rxhf_1200

ABŞ-nin Nampa şəhərinin meri, 47 yaşlı Rik Hoqaboam sakinlər qarşısında çıxış edərkən qəfil vəfat edib.

24Xeber.az  “NBC News” telekanalına istinadən xəbər verir ki, o, nitq söyləyərkən huşunu itirib.

Sakinlər ona dərhal ilkin yardım göstəriblər. Lakin hadisə yerinə gələn həkimlər merin həyatını xilas edə bilməyiblər.

Bildirilir ki, R.Hoqaboam bu il yanvarın 5-də and içərək mer vəzifəsinə başlayıb. Hazırda ölümün rəsmi səbəbi açıqlanmayıb.