Misli Premyer Liqası: “Zirə” səfərdə üç xalı bir qolla qazandı
Misli Premyer Liqasının XXV turunda “Karvan-Yevlax” və “Zirə” komandaları üz-üzə gəlib.
24Xeber.azxəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv səfərdə “Karvan-Yevlax”ı 1:0 hesabı ilə üstələyib.
Görüşdə yeganə qolu 79-cu dəqiqədə Anatoli Nuriyev vurub.
Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran “Zirə” 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri 8 xalla sonuncu – 12-ci sıradadır.
Qeyd edək ki, günün növbəti matçında “Sabah” “Sumqayıt”ı qəbul edəcək.