Azərbaycanda plastik butulkalar QADAĞAN OLUNACAQ?
2026-cı il iyulun 1-dən etibarən Gürcüstanda ictimai iaşə müəssisələrində plastik qab və qablaşdırmadan istifadə məhdudlaşdırılacaq. Növbəti mərhələdə isə – 2027-ci ilin fevralından plastik qablaşdırmada olan qida məhsullarının istehsalı, idxalı və satışının qadağan edilməsi planlaşdırılır. Bu qərar plastik tullantıların azaldılması və ətraf mühitin qorunması məqsədi daşıyır və mərhələli şəkildə icra olunacaq.
Bəs oxşar yanaşma Azərbaycanda da tətbiq oluna bilərmi?
Deputat, iqtisadçı-ekspert Vüqar Bayramov mövzu ilə bağlı danışıb.