Qərbi Azərbaycan Xronikası: Boğutlu, Bozabdal, Bozavdal yaylası – Türk tarixinin izi
24Xeber.az xeber verir ki,Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Pəmbək mahalının qədim Bozavdal yaylası” adlı süjet hazırlanıb. Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Boğutlu, Bozabdal, Bozavdal yaylası toponimi haqqında söz açılır.
Bildirilir ki, Cənubi Qafqazda qədim türklərə, oğuz və qıpçaq boylarına məxsus toponimlərin yaranmasından minillərlə zaman keçir və Qərbi Azərbaycan ərazisində onminlərlə toponim məhz tarixin qədim qatlarında formalaşaraq yaranıb.