Sabirabadda mikroavtobus minik maşını ilə toqquşub, xəsarət alanlar var

mOV5A17MOwry53Um4I0KonWqq4JeCfISOl7HzuX5_1200

Sabirabadda mikroavtobusun iştirakı ilə avtomobil qəzası baş verib, 7 nəfər xəsarət alıb.

24Xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində baş verib.

Belə ki, FORD markalı mikroavtobusla “Ateko” markalı avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza səbəbindən Şirvan-Sabirabad yolunda 40 dəqiqə ərzində böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.