Müharibədə gözlənilməz gedişat

a5VFabCi03eiRDHWa60PzOC96NnG34BKlxcezwkN_1200

Baku TV-nin “Hərbi xronika” rubrikasının budəfəki buraxılışında üçüncü həftəsinə keçid edən İran-İsrail-ABŞ qarşıdurması analiz edilib.

Bildirilib ki, İran-İsrail-ABŞ qarşıdurmasının müasir müharibə kontekstində təhlilində bir neçə mühüm fərq üzə çıxıb. İlk günlərdə sürətli və şok effektli hücumlar əsas idisə, hazırda müharibə uzunmüddətli raket və hava müdafiə müharibəsinə çevrilib. Hücumların məqsədi də dəyişib: əvvəlcə İranın ali lider heyətini və raket infrastrukturunu məhv etmək, indi isə İranın ballistik raket hücumlarına qarşı müdafiə tədbirləri önə çıxır.