İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 900-ü keçib

JISwrTXzHbul2YOoN5vkCVU89aABWrFsja8Thg6Q_1200

İsrail aviasiyasının Livan ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 912 nəfərə yüksəlib.

24Xeber.az  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaralıların sayı 2 221 nəfərə çatıb, ölənlər arasında 100-dən çox uşaq var. Xilasetmə işləri davam etdiyindən itkilərin artacağı istisna edilmir.

Bildirilib ki, hərbi əməliyyatlar səbəbindən Livanda məcburi köçkünlərin sayı bir milyondan çoxdur.