Əhməd Məmmədliyə hökm oxunub
Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədlinin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən sonuncu prosesdə prokuror ittiham nitqi ilə çıxışı zamanı Əhməd Məmmədlinin 9 il azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş edib.
Müşavirədən sonra hökm elan edilərək təqsirləndirilən şəxs 6 il azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Əhməd Məmmədli Biləcəridə baş verən insidentlə bağlı saxlanılaraq məsuliyyətə cəlb edilib.