Bakıda duman nə vaxta qədər olacaq? – RƏSMİ

wbemj9Ixox0Uf0BQ4jfP5h9oKuRWgFOnlPNXj0yD_1200

Bakı şəhərinin bəzi ərazilərini qatı duman bürüyüb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman müşahidə olunur.

“Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq atmosfer hadisəsidir.

Axşam saatlarından cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın seyrəlməsinə səbəb olacaq”, – məlumatda bildirilib.