İrandan buraxılan 17 dronu zərərsizləşdirib

Bc3tk3dWMSYySWl5acuZoPHhTGP2ABH6Jo3yFyYy_1200

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri ötən gecə İrandan buraxılan 17 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

24Xeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, dronların böyük hissəsi Əş-Şərqiyyə əyaləti üzərində məhv edilib.

Nazirlik əlavə edib ki, bəzi pilotsuz uçuş aparatları paytaxt Ər-Riyad yaxınlığında zərərsizləşdirilib.