Mina partlayışı: Ölən var

3MOe01mcsyIk0RSQpL6Bka57IA2m0WTFw4Q9v7YH_1200

Füzulidə mina partlayışı nəticəsində bir nəfər həyatını itirib.

Olkemedia “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.

Məlumata əsasən, Füzulidə çoban kimi çalışan Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Ramil Maşallah oğlu Hacıyev atla hərəkətdə olarkən minaya düşüb.

Partlayış nəticəsində R.Hacıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.