İlham Əliyev: “Ermənistanla ticarət əlaqələrini bərpa etmişik”
“Biz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırdıq. Hətta Ermənistanla ticarəti bərpa etmişik”.
Oxu.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.