Şamaxıda yol qəzası nəticəsində üç nəfər xəsarət alıb

IMG_9856

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Göylər kəndinə gedən yolda qeydə alınıb.

Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Ağayev Ramin, 1963-cü il təvəllüdlü Nuriyev Həsənağa və Zülfüqarov Zöhrab müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Onların vəziyyətinin orta ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.