Gəncədə 56 yaşlı kişi bıçaqlanıb
Gəncə sakini kəsici alətdən xəsarət alıb.
24xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1970-ci il təvəllüdlü E. Orucov döş qəfəsinin kəsici-deşici alətlə xəsarəti ilə xəstəxanaya yeləşdirilib.
Yaralıya dərhal yardım edilib və hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə E. Orucov evdə iş görən zaman ehtiyatsızlıqdan bıçaq onun sinəsinə batıb.
Faktla bağlı araşdırma aparılır.