Yük maşınına çırpılan avtomobilin sürücüsü ÖLDÜ
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
24xeber.az Oxu.Az-a istinadən xəbər verir ki, məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Etibar Akif oğlu Əliyev idarə etdiyi avtomobillə Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun sağ hissəsində dayanmış MAN markalı yük avtomobilinə arxadan çırpılıb. Hadisə nəticəsində A.Əliyev dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.