Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə reyslər təşkil ediləcək
Azərbaycan Dəmir Yolları QSC (ADY) qarşıdan gələn Npvruz bayramı ilə əlaqədar 20-21 martda Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə reyslər təşkil edəcək.
Bu barədə Axar.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, qatar saat 07:15-də Gəncədən, saat 08:40-da isə Mingəçevirdən yola düşəcək.