Gəncədə dəmiryolunda qəza törədən sürücü öldü

IMG_9482

Gəncədə ölümlə nəticələnən yol qəzası olub.

24xeber.az xəbər verir ki, hadisə Natavan-2 qəsəbəsində qeydə alınıb.

65 yaşlı Hacıyev Nəriman Nəcəf oğlunun idarə etdiyi “VAZ-21150” markalı avtomobilin arxa təkəri dəmir yolu xəttinə dəyib. Bu səbəbdən avtomobil idarəetmədən çıxaraq qəza törədib. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.