Bakıda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs SAXLANILIB
Bakıda 39 yaşlı tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DIN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dünən Xətai rayonu ərazisində bir nəfərin kəsici alətlə xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub:
“Hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Eldar İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır”.