Azərbaycanda bəzi şəxslərin fərdi yaşayış evləri pulsuz təmir olunacaq

2VGIRyuRGpUW3bQEBWsjUif40HMYE8KOPWA5tarV-1200.jpg

Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri təmir olunacaq.

24xeber.az Oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti məsələ ilə bağlı tender elan edib.

Belə ki, məcburi köçkün evlərində müxtəlif təmir işlərinin görünməsinə xərclənəcək ilkin ehtimal olunan məbləğ 457 min 999 manatdır.