Lənkəranda 52 yaşlı kişini elektrik cərəyanı vurub

1880ab4d-086c-3bb3-8b5e-51137f7c9b38_1200

Lənkəranın Nərimanabad qəsəbə sakini 1974-cü il təvəllüdlü Ağadadaş Maarif oğlu Əliyevi elektrik cərəyanı vurub.”Report”un Cənub bürosunun məlumatına görə, hadisə Liman şəhəri ərazisində o, transformatorun yerləşdiyi əraziyə daxil olarkən baş verib.Belə ki, ağır yanıq xəsarətləri alan A.Əliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub.Ona ilkin tibbi yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər A.Əliyevin vəziyyətinin ağır olduğunu bildirir.Faktla bağlı araşdırma aparılır.