Rusiya və Ukrayna arasında növbəti cəsəd mübadiləsi baş tutdu

IMG_9057

Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin cəsədlərinin növbəti mübadiləsi baş tutub.

24xeber.az Oxu.Az-a istinadən xəbər verir ki,bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski özünün “Telegram” kanalında məlumat verib.

“Həlak olan 1000 Ukrayna əsgərinin cəsədi Ukraynaya təhvil verilib. Həlak olan 35 Rusiya əsgərinin cəsədi Rusiyaya təhvil verilib”, – deyə o yazıb.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında son cəsəd mübadiləsi yanvarın 29-da baş tutmuşdu.