Şəmkirdə qəza: ölən və yaralananlar var
Şəmkirin Qasımalılar kəndində ağır yol qəzası baş verib.24xeber.az Teleqraf-a istinadən xəbər verir ki, VAZ-2106 və “Mitsubişi” markalı avtomobillərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov dünyasını dəyişib.Qəzada dörd nəfərin xəsarət aldığı bildirilir.Faktla bağlı araşdırma aparılır.