Ukrayna Rusiyanın əsas neft stansiyasını vurdu
Ukrayna Tatarıstanın Almetyevsk şəhəri yaxınlığındakı “Kaleykino” neft nasos stansiyasına PUA zərbələri endirib.
24xeber.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.“Zərbələr böyük yanğına səbəb olub. Ukrayna sərhədindən 1000 km-dən çox məsafədə yerləşən bu stansiya xam nefti birbaşa “Drujba” neft kəmərinə vurur. Obyekt Rusiyanın “Transneft” şirkətinə məxsusdur”, – məlumatda qeyd olunub.