Türkiyə səhəri zəlzələ ilə açdı: Malatya silkələndi

d648zPt2AOzpaDUwP1GKBvRZcNhjwWcxnIKkmz4U-1200

Türkiyənin Malatya bölgəsində 4,5 bal gücündə zəlzələ baş verib.

24xeber.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla 06:43-də baş verən zəlzələ 9,39 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ ətraf şəhər və rayonlarda da hiss edilib.