Salyanda yanğın söndürən FHN əməkdaşlarını avtomobil vurdu: Ölən və yaralanan var
Salyanda yanan avtomobili söndürərkən maşın vuran şəxslər Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır.
Bu barədə Oxu.Az-a sorğusuna cavab olaraq qurumdan məlumat verilib.
Bildirilib ki, fevralın 21-i saat 6:00-da Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. E.Tağıyevin həyati təhlükəsi yoxdur.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Fotoda Hakim Piriyev

Aygün Mirakif
0:00
/
0:40
x1
Salyan rayonunda yanan avtomobili söndürən iki nəfəri maşın vurub, biri ölüb, digəri xəsarət alıb.
Oxu.Az “Report”a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralında qeydə alınıb.
Belə ki, yanan avtomobili söndürmək üçün iki nəfər köməyə gəlib. Bu zaman digər nəqliyyat vasitəsi onları vurub. Avtoqəza nəticəsində bir nəfər hadisə yerində ölüb, digəri, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
