Vəkillik fəaliyyətinə dair kitabın çapı niyə yubanıb? – Bəxtiyar Aslanbəyli aydınlıq gətirdi
“Vəkillik fəaliyyəti ilə bağlı akademik təcrübəsi olan şəxslərin iştirakı ilə vahid bir kitabın yazılmasına ehtiyac var idi. Məhz bu şəxslərin kollektiv əməyi nəticəsində belə bir kitabın ərsəyə gəlməsi təqdirəlayiqdir. Bu kitabı sadəcə dərslik kimi dəyələndirmək düzgün deyil, hüquq, vəkillik fəaliyyəti ilə bağlı maraqlanan hər kəs üçün maraqlı ədəbiyyat nümunəsidir”.
24xeber.az xəbər verir ki, bu sözləri bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Vəkillik fəaliyyəti” adlı dərslik vəsaitinin təqdimat mərasimində deyib.
O bildirib ki, layihə prosesində “Vəkilli fəaliyyəti haqqında” yeni qanunun qəbuluna görə kitabın nəşri yubanıb:
“Vəkillər Kollegiyasından da israrla istədilər ki, yeni qanunun tələbləri də kitabda əksini tapsın və daha uzun müddət oxucular üçün əlçatan olsun. Ona görə bir qədər gözləməli olmuşduq”.







