Bakıda işçilər şirkəti taladılar

IMG_8413

Paytaxtın Yasamal rayonunda yerləşən özəl şirkətlərin birindən 10 000 manat dəyərində təmir-tikinti materialları oğurlanıb.

24xeber.az-ın Oxu.Az-a istinadən məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlə qabaqcadan əlbir olaraq talama cinayətini törətməkdə şübhəli bilinənlər – 26 yaşlı N.Məmmədov və 23 yaşlı E.Allahverdiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, həmin şəxslər çalışdıqları şirkətin anbarından bir neçə ay ərzində hissə-hissə tikinti materialları oğurlayaraq satıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.