Azərbaycanın iki rayonunda baş vermiş yanğınlar söndürüldü

IMG_8625

Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında və Beyləqan rayonu, Eyvazalılar kəndində açıq ərazidə baş vermiş yanğınlarınqarşısı alınıb.

24xeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN qüvvələri tərəfindən yanğın daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb.