Sığorta ödənişləri “e-Sosial” platformasında görünəcək – YENİLİK

IMG_8589


“e-Sosial” platformasında yenilik olacaq.

24xeber.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Pensiya və digər sosial ödənişlər üzrə təminat departamentinin müdiri Eyvaz İsmayılov DOST TV-nin efirində çıxışı zamanı məlumat verib.

O bildirib ki, platformada və tətbiqdə funksionallığın qurulması məqsədilə əlavə bir bölmə yaradılacaq:

“Proses yaxın vaxtlarda başa çatacaq. Bu bölmə vasitəsilə vətəndaş həm özünün, həm də çalışdığı müəssisənin ödədiyi sığorta haqqını görə biləcək”.