Neftçalada zəhərlənən beş nəfərin SON DURUMU

IMG_8462

Neftçala rayonunun Bankə qəsəbəsində zəhərlənmə hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, beş nəfərin qidadan zəhərləndiyi ehtimal olunur.

Neftçala Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavabda qeyd olunub ki, fevralın 17-də saat 03:20-də beş nəfər (üç kişi, iki qadın) zəhərlənmə şübhəsi ilə Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Onlara dəqiqləşdirilməmiş bakterial qida mənşəli zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir”.