Bakıda estetik əməliyyat etdirən qadın öldü

e9eGzYaKcIuL0FbNMXOmu4UNRmy5LzNGFC333ioN-1200.jpg

Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.

24xeber.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədənşəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.

Tibbi müdaxiləyə baxmayaraq, o, fevralın 13-də vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakıda estetik əməliyyat etdirən qadın öldü