Qusarda 33 yaşlı kişi tüstüdən boğulub öldü

IMG_8140

Qusarda 33 yaşlı kişi tüstüdən boğulub.

24xeber.az-ın Oxu.Az-a istinadla məlumatına görə, hadisə Aşağı Ləgər kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Ramik Carulla oğlu Müslümov tək yaşadığı fərdi evin yataq otağında elektrikli qızdırıcının yanaraq əriməsi nəticəsində tüstüdən yatdığı yerdə boğularaq ölüb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.